Müxalifətdən qərar: İvanişvili ilə danışıqlar dayandırıldı
09:13 19.02.2020
Dünya
384
Hakimiyyətlə danışıqlar eks-mer Gigi Uqulavanın həbsiylə nəticələndi. Axar.az xəbər verir ki, bunu Avropa Gürcüstanı Partiyasının liderlərindən Serqi Kapanadze deyib. O, heç bir ciddi müxalif qüvvənin hakim komanda ilə dialoqa getməyəcəyini söyləyib:
“Görünür, onlar yeni Bismark strategiyası – parçala və hökm et – düşünüblər. Kaladze və Gürcü Arzusu ilə heç bir separat danışıqlar olmayacaq. Dialoq proporsional sistem barədə razılaşmaya yönəlib. Onlar dialoqa girməkdən imtina edib və müxalif liderləri həbs ediblər. Dialoq onların məsuliyyətsiz addımına görə bitib”.
Qeyd edək ki, Gürcüstanda siyasi böhran artıq bir neçə aydır davam edir. Müxalifətlə iqtidar arasında başlayan böhrana səbəb hakimiyyətin seçki sistemini dəyişərək, tam olaraq proporsional sistemə keçid ilə bağlı verdiyi vədə əməl etməməsi olub. Bundan sonra ölkədə genişmiqyaslı etiraz aksiyalarına start verilib. Nəticədə bütün müxalifət partiyaları hakimiyyətin fəaliyyətinə qarşı mübarizə ilə bağlı memorandum imzalayıb.
Ölkədə baş verən etirazlarla bağlı hökumətlə müxalifət arasında danışıqlara başlanılıb. Belə ki, hökumət ilkin olaraq seçkinin qarışıq sistem əsasında keçirilməsini, parlamentin yarı proporsional, yarı majoritar sistemlə müəyyən edilməsini təklif etsə, bu, müxalifət tərəfindən qəbul olunmayıb. Son olaraq müxalifət dialoq zamanı majoritar sistemlə müəyyən ediləcək mandatların 20 olmasını təklif etmək niyyətində olub, lakin bu təklif səsləndirilmədən Avropa Gürcüstanı Partiyasından olan Tiflisin eks-meri Gigi Uqulava ilə bağlı həbs qərarı verilib. Bundan sonra müxalifət sərt bəyanat yayaraq, hakimiyyətlə dialoqun tam dayandırıldığını bildirib.
Bu hadisələrin fonunda həmçinin ABŞ senator və konqresmenlərinin İvanişvilini tənqid edən bəyanatlarının sayı artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm