Nazarbayev Avrasiya təhlükəsizlik modelinin yaradılmasını təklif edir
13:53 12.11.2019
Dünya
560
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Astana Club” beynəlxalq toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun və Fondun nəzdindəki Dünya İqtisadiyyatı Və Siyasəti İnstitutu tərəfindən təşkil edilən beynəlxalq dialoq platforması dünyanın 50-dən çox nüfuzlu siyasətçisini bir araya gətirib.
“Böyük Avrasiya: qlobal əməkdaşlığın yeni memarlıq yolunda” mövzusunda keçirilən beşinci yığıncaqda Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev nüvə silahına qarşı qlobal liderlər alyansının yaradılmasını təklif edib. Diqqətə çatdırıb ki, dünyanın aparıcı elm adamları, nüfuzlu siyasətçilər, diplomatlar nüvə silahının yayılmaması istiqamətində səylərini birləşdirə bilərlər.
Nursultan Nazarbayev nüvə təhlükəsizliyi mövzusunda qlobal sammitin yenidən bərpa olunmasını və hər iki ildən bir keçirilməsini də təklif edib. Bildirib ki, Qazaxıstanın gələcəkdə sammiti təşkil etməyə hazırdır.
“ATƏT ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni (AGEM) birləşdirərək Avrasiya təhlükəsizlik modeli yaradıla bilər”, - deyən Nursultan Nazabayev indi bunun əsl vaxtının olduğunu bildirib.
Ölkənin birinci Prezidentinin sözlərinə görə, bəzi aparıcı qüvvələr arasındakı qarşıdurma Avrasiya məkanında bir çox qaynar nöqtələrə ötürülür, bu isə Suriya və Ukraynadakı böhranların dinc yolla həlli prosesini çətinləşdirir.
Nursultan Nazarbayev Ukraynadakı böhranının həllinə nail olmaq üçün Rusiya və Ukrayna prezidentlərini Qazaxıstanda təkbətək görüşməyə dəvət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət