Pakistanlı diplomat Dehliyə: Reallıq hind filmlərindəki kimi deyil
09:53 13.05.2025
Dünya
351
“Pakistanın Hindistanın təcavüzü zamanı göstərdiyi təmkin bütün dünya paytaxtlarında təqdir edildi, onlar Dehlinin siyasət və mediasının “tamaşa”sını da gördülər”.
Teleqraf xəbər verir ki, bunu Pakistanın keçmiş xarici işlər naziri Hina Rabbani Kar deyib.
“Real müharibə Bollivuddakı (hind filmlərindəki) döyüş səhnələrindən fərqlidir. Realda eyni şeyləri etmək bir az başqa məsələdir. Biz heç vaxt müharibə, münaqişə və təxribatın tərəfində olmayacağıq, çünki bunlardan əziyyət çəkmişik”, - diplomat bildirib.
Rabbani Kar əlavə edib ki, Hindistan terrorizmi silahlandırıb:
“Hindistan bu problemlə ciddi məşğul olsaydı, dialoq masası və danışıqlardan qaçmazdı”.
Sabiq nazir terrorizmin təkcə bir ölkənin deyil, qlobal problem olduğunu vurğulayıb.
Xatırladaq ki, Hina Rabbani Kar 2022-2023-cü illərdə Pakistanın xarici işlər naziri olub. O, Pakistanın xarici işlər naziri vəzifəsini tutan ilk qadındır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya