Parlamentdə görünməmiş etiraz
22:19 19.11.2024
Dünya
292
Müxalifət millət vəkillərinin masalarının üzərinə uşaq paltarları, uşaq corabları və şprislər qoyublar
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri qızğın keçir.
“Sherg.az” NTV.com.tr”yə istinadən xəbər verir ki, müxalifət millət vəkilləri səhiyyə naziri Kamal Memişoğluna Yenidoğan şəbəkəsinin səbəb olduğu körpə ölümlərini simvolizə edən körpə əşyalarını TBMM-ə gətirməklə etirazlarını bildiriblər. K.Memişoğlu isə Yenidoğan şəbəkəsindən sonra xəstəxanaların doğum şöbələrində yeni neonatal reanimasiya nəzarət sisteminin tətbiq edildiyini açıqlayıb. Müxalifət millət vəkilləri isə masalarının üzərinə uşaq paltarları, uşaq corabları və şprislər qoyublar. K.Memişoğluna "istefa verməlisən. Burada olmağın etik deyil", ifadələri ilə səslənən millət vəkilləri “bunlar sizin əyalət sağlamlıq müdiri olarkən lisenziya verdiyiniz, yoxladığınız xəstəxanalarda dünyasını dəyişən körpələrdən qalan əmanətlərdir”, deyiblər. CHP İzmir millət vəkili Rəhmi Aşkın Türeli Yenidoğan şəbəkəsi davasını xatırladaraq, “Cümhuriyyət tarixinin ən faciəli hadisələrindən birinin yaşandığı bir yerdə heç nə olmamış kimi davranmaq və bu danışıqlara qatılmaq istəmirik. Nazirin çıxışına qulaq asmaq istəmirik, onu istefaya dəvət edirik”, söyləyib. CHP millət vəkilləri daha sonra iclas salonunu tərk ediblər. Nazir K.Memişoğlunun salamlamadakı isti münasibətinə "İstefa" sözləri ilə reaksiya verilib. K.Memişoğlu reaksiyalarla bağlı, "Bizim üçün bu əməliyyatın adı "Çürük Alma Əməliyyatı"dır. Dəstənin adı "İnsanlığa qarşı olanlar dəstəsi"dir", deyib. İnzibati yoxlamalarla yanaşı, alimlərlə dəlillərə əsaslanan tibbi təcrübələr və risk idarəçiliyini ehtiva edən yeni bir yoxlama modelini tətbiq etdiklərini izah edən K.Memişoğlu, "bu çərçivədə Neonatal Reanimasiya ilə başladığımız bu sistemi tətbiq edirik. Bütün sahələr üzrə təftiş və qiymətləndirmə elmi komissiyası çalışır”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya