
Politoloq: ABŞ-nin İrana qarşı sanksiyaları dinc təzyiq vasitəsidir
11:19 13.05.2025
Dünya
405
ABŞ İranın nüvə proqramı ilə bağlı narahatlıqları fonunda Tehrana qarşı yeni sanksiyalar elan edib. Bu barədə məlumat Dövlət Departamentinin rəsmi saytında yer alıb. Qeyd olunur ki, tədbirlər iki ölkə arasında davam edən danışıqlara baxmayaraq, tətbiq edilib. Yeni sanksiyalar İranın "Fuya Pars Prospective Technologists" adlı təşkilatına və onun üç yüksəkvəzifəli əməkdaşına qarşı yönəlib. Rəsmi məlumatda qeyd edilir ki, həmin şirkət İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı (SPND) ilə əlaqəlidir. Sanksiyalar çərçivəsində adıçəkilən şəxslərin və təşkilatın ABŞ-dəki mümkün aktivləri dondurulur, onlarla hər hansı işgüzar münasibətlər qadağan edilir. ABŞ dövlət katibi Marko Rubio bəyanatda bildirib ki, İran nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirməkdə və nüvə silahları ilə yanaşı, onların çatdırılma vasitələrinə tətbiq oluna bilən ikili təyinatlı tədqiqat və inkişaf fəaliyyətlərini davam etdirməkdə israrlıdır. Rubio, həmçinin vurğulayıb ki, İran dünyada nüvə silahına malik olmayan, lakin uranı 60 faiz səviyyəsində zənginləşdirən yeganə ölkədir. Bu isə 2015-ci ildə imzalanmış nüvə sazişində müəyyən edilmiş 3.67 faizlik həddi xeyli aşır.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a söyləyib ki, ABŞ-nin İrana qarşı sanksiyaları dinc təzyiq vasitəsidir:

“ABŞ ilə İran arasında məsələlərin həlli ilə bağlı yekun sənəd imzalanmadığı təqdirdə sanksiyalar davam edəcək. İndiki mərhələdə, artıq birbaşa olmayan 4 görüş keçirilib. ABŞ-nin hədəfi İranın nüvə silahına sahib olmamasıdır. Tehran isə nüvə proqramıyla bağlı ABŞ və digər ölkələrin İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasıdır. ABŞ-nin tətbiq etdiyi sanskiyaların hamısı nüvə proqramıyla bağlı deyil. Ona görə də nüvə məsələsiylə bağlı danışıqlar başa çatsa belə, İrana qarşı sanskiyaların olma ehtimalı qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya