Türkiyə və Rusiya hərbçiləri Suriyada ikinci patrula başladılar
17:09 05.11.2019
Dünya
360
Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yeni sərhəd rayonunda Kobani şəhərindən bir neçə kilometr məsafədə ikinci patrula başlayıblar. İlk dəfə olaraq birgə patrul yeni marşrut üzrə həyata keçirilir. Patrulda Rusiya hərbi polisinin “Tiqr” və Türkiyə sərhəd xidmətinin “Kirpi” zirehli avtomobilləri iştirak edir. Sərhəd boyunca 160 kilometrlik marşruta hər iki tərəfdən ümumilikdə səkkiz ədəd hərbi texnika və 50-yə yaxın hərbçi cəlb olunub. Patrulun hərəkətini “Orlan-10” pilotsuz uçan aparat izləyir.
Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən ikinci birgə patruldur.
AzərTAc xatırladır ki, birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən keçirilir. Sənəddə, həmçinin Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonada Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisinin 150 saat ərzində terrorçuların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməsi nəzərdə tutulur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunmuş razılaşmaya baxmayaraq, təhlükəsizlik zonasında terrorçular hələ də qalmaqdadır. “Onlar oradan hələ tam çıxarılmayıblar, bizim hərbçilərə hücumlar edilir. Biz axırıncı terrorçu oradan çıxanadək mübarizəni davam edəcəyik”, - Türkiyə Prezidenti bu gün hakim partiyanın parlament fraksiyası qarşısında çıxışı zamanı deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Orhan Gencebayın həyatı film olacaq
16:16 09.12.2025
Mədəniyyət
Tramp: Ukraynada seçki keçirilsə, o, qalib gələ bilər
16:04 09.12.2025
Dünya
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
15:58 09.12.2025
Rəsmi
“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyinat olub
15:46 09.12.2025
Futbol
Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı
15:40 09.12.2025
Tarix
Yaşlılıq əlaməti sanıb keçməyin!- DƏHŞƏTLİDİR
15:36 09.12.2025
Sağlamlıq
Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
15:31 09.12.2025
Futbol
Bütün dünya belə yatır! Meyvənin turşuluğu belə önəmlidir
15:15 09.12.2025
Sağlamlıq
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət