"Bakıda Aşıq Ələsgərin heykəli ucaldılacaq".
"Report"un xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, bununla bağlı müsabiqə elan ediləcək: "Bununla yanaşı, Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş film də hazırlayıb. İlin sonuna kimi bu filmin də təqdimatı keçiriləcək".