“Uzun illərdir kirayədə yaşayırıq"
"Mən ev bölgüsünə baxmıram”. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə mənzil verməsi ətrafında gedən müzakirələrlə bağlı "Sherg.az”a açıqlamasında yazıçı-filosof Firuz Mustafa deyib.
Adının ev alan yazıçılar arasında olmasına gəldikdə isə F. Mustafa deyib ki, nə Sovet dönəmində, nə də ondan sonra ev alıb: “Uzun illərdir kirayədə yaşayırıq. İndiyəcən teatrlarda mənim 40- dan çox pyesim tamaşaya qoyulub, 100- dən çox kitabım nəşr olunub. Görünür, bu məsələ də nəzərə alınıb... Əlbəttə, istərdim ki, hər kəsin öz evi, öz yuvası olsun”.