Serbiya Prezidenti nümayişçiləri dialoqa dəvət edib
Yusif Nəzərli
14:39 03.02.2025
Dünya
364
Serbiya Prezidenti Aleksandar Vuçiç bir neçə vaxtdır ölkədə keçirilən aksiyaların iştirakçılarını danışıqlara dəvət edib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç Belqrad Universitetinin rektorlar kollegiyasını fevralın 5-də görüş keçirməyə dəvət edib. O, mövcud vəziyyətlə bağlı həll yolu tapmağın, təkcə gənclərin deyil, bütün cəmiyyətin mənafeyi naminə dialoqun vacibliyin vurğulayıb.
“Tələbələr və professorlar bəzi tələblərin yerinə yetirilmədiyi və ya tam təmin edilmədiyi qənaətindədirlərsə mövcud vəziyyətdən çıxmaq üçün əhəmiyyət kəsb edə biləcək bütün digər məsələlər kimi, bununla bağlı da dialoq zəruridir”, - deyə Serbiya Prezidenti bildirib.
Qeyd edək ki, ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəza Serbiyada gündəmi formalaşdırmaqda davam edir. Son bir neçə gündür minlərlə insan həm paytaxt Belqradda, həm də ölkənin ikinci böyük şəhəri olan Novı Sadda etiraz aksiyası keçirib. Əsasən tələbələrdən ibarət olan nümayişçilər şəhərdən keçən Dunay çayı üzərindəki körpüləri bağlayıb, şəhər meydanına toplaşıblar.
Hadisədən ötən müddət ərzində, eləcə də etiraz aksiyaları başlayandan bəri tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, daxili və xarici ticarət naziri Tomislav Momiroviç, Baş nazir Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər. Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin yenidən formalaşdırılacağını bildirib.
Aleksandar Vuçiç ötən günlərdə etirazçıların bütün tələbələrini yerinə yetirib, o cümlədən Belqraddakı aksiya zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib. Yaxın günlərdə ölkədə seçkilər keçirmək və ya yeni hökumətin formalaşdırılması barədə qərar qəbul olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual