Şair Qazaxıstandan narazı gəlib
07:25 25.05.2025
Ədəbiyyat
584
Qazaxıstanın Almatı şəhərində keçirilən “Qazaxıstan-Azərbaycan” Beynəlxalq Forumunda ölkəmizi təmsil edən nümayəndələrdən biri də şair-tərcüməçi Akif Əhmədgil olub. Akif Əhmədgil görkəmli qazax şairi və yazıçısı Oljas Süleymanovun məşhur “Az i Ya” kitabındakı şeirlərin tərcüməçisidir. Həmçinin, o, O.Süleymanovun “Kuman nəğməsi” kitabının tərcüməsinə görə “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
A.Əhmədgil Sherg.az-a açıqlamasında konfransa həm də çıxışçı olaraq dəvət edildiyini, lakin sonradan adının çıxışçılar siyahısından çıxarıldığını bildirdi. A.Əhmədgil Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında xidmətləri olmuş bir şəxs kimi konfransda çıxışına nədən icazə verilmədiyinin səbəbini anlamadığını dedi:
- Tədbirdən 1 gün əvvəl “Qazaxıstan” mehmanxanasında belə qərara gəlindi ki, mən konfransda Oljas Süleymanovun şeirini səsləndirəcəm və mənə qazax milli musiqi aləti dombra hədiyyə ediləcək. 2-3 dəqiqəlik çıxışım olmalıydı. Amma səhər gələndə dedilər, Azərbaycanın Qazaxıstandakı səfiri mənim çıxışımı ləğv edib, deyib “çıxışçılar çoxdur”. Mən bunu özümə qarşı hörmətsizlik hesab etdim və konfransı tərk etdim. Mən Oljas Süleymanovu 1987-ci ildən tanıyıram. Onun şeirlərini tərcümə etmişəm. Amma məhz mənim çıxışıma icazə verilmədi. Bunun səbəbi nədir, bilmək istərdim.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya
Gündə cəmi iki ədəd yeyənlərin damarları təmizlənir
09:31 26.07.2026
Sağlamlıq