“Yay qripi”nin əlamətləri...
Yusif Nəzərli
10:52 26.07.2023
Ədəbiyyat
3326
“Yay qripi”nə yoluxan xəstələrdə üşütmə, qızdırma, şiddətli baş ağrıları, zəiflik kimi əlamətlər özünü göstərir
Qrip soyuq fəsillərin epidemiyasıdır və adətən yüksək hərarət, yaxud boğaz ağrısı ilə müşahidə olunur. Ancaq indi yay qripi kimi bilinən və məhz isti havalarda özünü göstərən qripdən danışacağıq. Qrip epidemiyasından fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Çünki son vaxtlar “yay qripi”nə yoluxanların sayı artıb.
Həkim-infeksionist Zərintac Hümbətova Xəzər TV-yə açıqlamasında bildirib ki, bu xəstəlik yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gələ bilir. Həkimin sözlərinə görə, bu qripin əlamətləri adi qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir. Həmin xəstəliyin əlamətləri və yaranma səbəbləri də müxtəlifdir. Mütəxəssis bu xəstəlikdən qorunmaq üçün bəzi tövsiyələr verib. Qeyd edib ki, xüsusilə bu qripin müalicəsində antibiotik tərkibli dərman istifadəsi tövsiyə edilmir.
Qeyd edilib ki, hazırda qrip virusunun 2000-dən artıq variantı məlumdur. Növündən asılı olmayaraq qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalı, vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır.
İnfeksionist Könül Ağayeva isə “Sherg.az”a açıqlamasında deyib ki, günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında yay qripi və ya gün qripi də deyirlər: “Bu əlamətlər qrip xəstəliyinə bənzəsə də, ondan fərqlənir. Yay qripi ilə günəşə qarşı allergiyanı qarışdırmamaq lazımdır. Günəş allergiyası zamanı da yay qripinə bənzər əlamətlər müşahidə olunur. Lakin ondan fərqli olaraq günəş allergiyası zamanı dəridə müəyyən qızartılar və səpkilər də meydana gəlir.
“Yay qripi”nə yoluxan xəstələrdə üşütmə, qızdırma, şiddətli baş ağrıları, zəiflik kimi əlamətlər özünü göstərir.
Xəstəliyin əlamətləri qəfil başlayır və xəstələrdə bir sıra patoloji simptomların əmələ gəlməsinə səbəb olur. Ağrılar ən çox göz almalarında, qaşüstü nahiyələrdə, gözü hərəkət etdirəndə çoxalır. Xəstəliyə əsasən isti havalarda rast gəlinir və epidemik xarakter daşıyır. Xəstəlik qəfil qızdırma ilə başlayır. Xəstələrdə leykopeniya, dispepsiya əlamətləri, qəbizlik əlamətləri də müşayiət edilir. Diaqnoz xəstəliyin xarakterik əlamətlərinə əsasən qoyulur. Müalicə zamanı xəstəyə yataq rejimi və simptomlar əleyhinə dərman maddələri təyin edilir”.
yay qripindən qorunmaq üçün müəyyən məqamlara diqqət etməyi və günün qızmar saatlarında günəş altında çox qalmamağı tövsiyə edib: “Otaqda kondisionerin temperaturu 22-23 dərəcə olmalıdır. Anidən istidən soyuğa, soyuqdan-istiyə keçməməyə çalışın. Yatarkən kondisionerdən istifadə edilməməli, əgər istifadə olunarsa da, şəxsin birbaşa üzərinə vurulmayacaq formada tənzimlənməlidir. Maye itkisinin artdığı isti havalarda ən az 2,5 litr su içilməlidir. Hovuz və ya dənizə girdikdən sonra mütləq duş qəbul olunmalıdır. Tərli paltarda qalmaq olmaz. Bir də isti havalarda ağır və yağlı yeməklərin əvəzinə yüngül qidalar istehlak edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm