Maykl Oflaertinin gündəmini erməni lobbisi hazırlayır - POLİTOLOQ
Yusif Nəzərli
05:53 10.04.2025
Siyasət
485
Avropa Şurasının ali komissarı bəlkə də, xəritədə Azərbaycan və Ermənistanın yerini göstərə bilməyəcək qədər savadsız və qeyri-kompetentdir
Donald Trampın təkrar hakimiyyətə gəlişi ilə həm ABŞ-də, həm də bütövlükdə Qərb dünyasında solçu, liberal, qlobalist qüvvələrin diktaturasına ağır zərbə vurulsa da, o qüvvələrin Avropa Şurası, Avropa Parlamenti, ATƏT və s. kimi bir sıra beynəlxalq qurumlarda təsir gücü hələ də qalmaqdadır. Həmin qurumların məruzəçilərinin və ya təmsilçilərinin "ikili standart"lardan çıxış etmək və Azərbaycana münasibətdə ermənipərəst mövqe nümayiş etdirmək "ənənə"sinə sadiqlikləri də bundan irəli gəlir. Həmçinin, Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl Oflaertinin AŞPA-da (Avropa Şurası Parlament Assambleyası) Azərbaycanın əleyhinə qərəzli fikirlər səsləndirməsi də elə bunun göstəricisidir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı vəzifəsinin Maykl Oflaerti kimi qeyri-obyektiv və üstəgəl, tamamilə naşı adama həvalə edilməsi dərin təəssüf hissi doğurur. Ekspert vurğulayıb ki, bu adam hətta bəlkə də, xəritədə Azərbaycan və Ermənistanın yerini göstərə bilməyəcək qədər savadsız və qeyri-kompetentdir:
"Ona görə də M.Oflaerti AŞPA-da Ermənistandan olan deputatların suallarını cavablandırarkən məhz onların qulaqlarına xoş gələ biləcək fikirlər səsləndirib və ermənilərin Qarabağa qayıdışı haqda danışdığı halda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı barədə isə heç nə deməyib. Çox güman ki, Avropa Şrasının ali komissarı Qərbi azərbaycanlıların 1988-ci ildə indiki Ermənistandan zorla deportasiya olunması faktından da, ümumiyyətlə, məlumatsızdır".
Analitikə görə, Maykl Oflaertinin gündəmində Azərbaycan həqiqətlərinə əsla yer yoxdur:
"Onun gündəmini və məruzələrini də böyük ehtimalla erməni lobbisi formalaşdırır, hazırlayır. Belə olmasaydı, Maykl Oflaerti hazırda Bakıda məhkəməsi davam edən erməni separatçılarının "vəkil"i rolunda çıxış etməz və onların azadlığa buraxılmasını tələb etməzdi. Əslində, Maykl Oflaertinin anti-Azərbaycan mövqeyindən çıxış etməsində təəccüblü heç nə yoxdur. Bütövlükdə AŞPA özü Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini hələ də davam etdirirsə, onun Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı yox, "erməni hüquqları üzrə ali komissar" kimi davranması da təəccüblü görünmür. Beynəlxalq qurumlar bu cür solçu-liberal ünsürlərdən, erməni lobbisinin nökərlərindən təmizlənmədikcə, özləri haqda obyektiv imic formalaşdıra bilməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm