İngiltərənin ən təhlükəli qatili: 17 min gün şüşə kamerada yaşadı!
Yusif Nəzərli
11:45 16.04.2025
Hadisə
323
İngiltərənin ən təhlükəli məhbusu kimi tanınan və "Yamyam Hannibal" ləqəbi ilə məşhurlaşan Robert Maudsley, 1983-cü ildən bəri hər gününün 23 saatını şüşə kamerada keçirir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, kamerada qalmaq üzrə dünya rekordunu əlində saxlayan Maudsley, təxminən 17 min gün ərzində təkbaşına qapalı saxlanılıb.
İngiltərənin ən uzun müddət həbsdə olan məhbusu, ailəsinin sağlamlığı ilə bağlı narahatlıqlarını dilə gətirməsindən sonra açlıq aksiyasını dayandırıb.
Bir zamanlar Britaniya cəza sistemi daxilində ən təhlükəli məhbus hesab edilən 71 yaşlı Robert Maudsley, nəzarətçilər onun PlayStation və televizorunu əlindən aldıqdan sonra yeməkdən imtina etmişdi.
Ailəsinin verdiyi məlumata görə, Maudsley artıq açlıq aksiyasını dayandırıb və yenidən yeməyə başlayıb.
Digər məhbuslar tərəfindən "Yamyam Hannibal" adlandırılan qatil "The Mirror" qəzetinə hücrəsində təxminən 17 min gün təkbaşına qapalı qaldığını bildirib.
Təklikdə kamerada qalmaq üzrə dünya rekordu ona məxsusdur və o, artıq təxminən 46 ildir ki, həbsxananın digər məhbuslarından ayrı saxlanılır.
Maudsley 1974-cü ildə 30 yaşlı uşaq istismarçısı John Farrelli öldürdüyünə görə həbs olunub. Həbsxanada olarkən isə təcavüzçü və pedofil olduğunu düşündüyü daha üç kişini də qətlə yetirib.
1983-cü ildən bu yana hər gününün 23 saatını şüşə kamerada keçirən Maudsley bu vəziyyəti “canlı-canlı tabuta gömülmək” kimi təsvir edir.
1983-cü ildə, həbsxana işçiləri – hətta bərbərlər belə – onunla təmasdan imtina etdikdən sonra, Vakefield həbsxanasında xüsusi kamera tikilib.
Maudsley bir məktubunda belə yazıb:
“Həbsxana rəhbərliyi məni problem kimi görür. Onların həlli – məni kamera həbsinə atmaq, açarı tullamaq və canlı-canlı beton tabuta salmaqdır. Mənim dəli ya da pis olmağım onlara fərq etmir. Cavabı bilmirlər və maraqlanmırlar, təkcə yaddaşdan və gözdən uzaq olum yetər.”
2000-ci ildə təcriddən çıxmaq üçün müraciət edib və "The Times" qəzetinə yazdığı məktublarda, özünü öldürə bilməsi üçün siyanür həbbi istədiyini qeyd etmişdi.
Maudsleyin yüksək IQ-ya malik olduğu, klassik musiqi, poeziya və incəsənəti sevdiyi də deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm