
Bələdiyyə strukturları ilə qiymətləndiricilər arasında şəffaflıq təmin olarsa... -Ekspert
Yusif Nəzərli
13:32 16.04.2025
Cəmiyyət
528
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.
Bununla bağlı Prezident İlham Əliyev "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən ediləcək.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, qiymətləndiricilər artıq palataya keçiblər:

“Əslində Bələdiyyələrlə Dövlət Əmlak Məsələləri Xidməti arasında bu kimi ziddiyyət yaranmışdı. Çünki vaxtilə bir çox qiymətləri bələdiyyələr özləri təyin edirdilər. Daha sonra isə alqı satqı qiyməti Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təyin olunmağa başladı. İlkin tarifləri Tarif Şurasına təqdim etmişdilər və təxminən bu proseduru həyata keçirirdilər. İndiki dəyişiklərə əsasən ölkədə həqiqətən də bu qiymətləndirmə haqqında tənzimləmə mexanizmi təkmilləşib. Əslində, bələdiyyələr öz ərazisində olan tələbatı az çox daha yaxşı bilirdilər. Çünki uzun müddət həmin ərazidə fəaliyyət göstəriblər. Mən şəxsən özüm belə hadisə ilə üzləşmişəm. Misal üçün, Abşeron rayonu Qobu ərazisində olan torpaqların bir qisminin özəlləşməsi və hətta satışı ilə bağlı müraciətlər olmuşdu. Baxmayaraq ki, torpağın bir sotunun qiyməti həmin ərazilərdə 1000-1500 manat arasında dəyişir. Faktiki olaraq onun heç alıcısı yoxdur. Çünki, hazırda kommunikasiyaları yoxdur. Amma tək-tək satışlar var ki, onların qiyməti 1500 manatdan təyin olunub. Əgər gələcəkdə bələdiyyə strukturları ilə qiymətləndiricilər arasındq şəffaflıq təmin olarsa yaxşı nəticəyə nail olmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm