
Parlamentari: Paşinyanın açıqlamaları sülhə ziyan vurur
Yusif Nəzərli
02:04 02.10.2025
Siyasət
484
Ermənistan Konstitusiyasında ərazi iddialarını çıxarmadan sülh sazişi imzalanmayacaq
Tural Gəncəliyev: "Heç kim qarantiya verə bilməz ki, Ermənistan gələcəkdə yenidən ərazi iddiaları ilə çıxış etməyəcək"
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı iddia edib. Baş nazirin qənaətinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer almır. Paşinyan 2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsinin qərarını xatırladıb: "Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda onun Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir". Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad olunan Müstəqillik Bəyannaməsində Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası yer alıb. Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Paşinyanın həm BMT tribunasından, həm də AŞPA-da səsləndirdiyi bəyanatlar ziddiyyətli olmaqla yanaşı, həm də sülhə zərbə vurur. Deputatın sözlərinə görə, bir tərəfdən sülhdən və yaxınlaşmadan danışan Paşinyanın digər yandan Konstitusiya dəyişikliyinə ehtiyac görməməsi qəbuledilməzdir:

"Ərazi iddialarının qanunvericilikdən atılması Azərbaycanı əsas qayğılandıran məsələdir. Paşinyan hökumətindən tələb olunur ki, mövcud Konstitusiyada yer alan ərazi iddiaları birdəfəlik çıxarılsın. Baş nazir bunun əvəzinə Konstitusiyada heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı yalanını söyləyir. Bu, Paşinyanın həm beynəlxalq ictimaiyyəti, həm də daxili auditoriyanı aldatmağa hesablanmış bir addımıdır. Məlumdur ki, Paşinyanın partiyası 2026-cı il seçkilərinə ciddi hazırlıq görür. O baxımdan erməni diasporuna və müxalifətə mesaj ötürür ki, onların mövcud Konstitusiyası dəyişilməyəcək. Yəni Paşinyan seçkidə qalib olmaq üçün bu cür gedişlər edir. Paşinyanın populist və hiyləgər siyasətçi olduğunu unutmamalıyıq".
Deputat vurğulayıb ki, ümumiyyətlə, onun manipulyativ çıxışlarında ciddi müxtəliflik və fikir ziddiyyəti var:
"Bəlkə də, fürsət tapmışkən beynəlxalq tribunalarda Ermənistanın itirilmiş nüfuzunu bərpa etməyə, ölkənin çox da zəif oyunçu olmadığını kimlərəsə sübut etməyə çalışır. Şübhəsiz, baş nazir hamıdan daha yaxşı bilir ki, Azərbaycanın Konstitusiyada dəyişiklik tələbi yerinə yetirilmədən paraflanmış sülh sazişinin liderlər tərəfindən imzalanması qeyri-mümkündür. Heç kim qarantiya verə bilməz ki, Ermənistan gələcəkdə yenidən ərazi iddiaları ilə çıxış etməyəcək. Çünki Ermənistanın işğalçılıq siyasəti məhz Konstitusiyanın həmin bəndlərinə əsaslanaraq başlamışdı. Paşinyan Azərbaycanın tələblərini yubatdığı müddətcə Ermənistan irəliyə yox, əksinə, geriyə gedəcək və dalana dirənəcək. Seçkilərə yönəlik açıqlamalar verən hökumət başçısı bu reallıqları da nəzərə almalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual