Avropa Komissiyası: Aİ Azərbaycandan dayanıqlı qaz təchizatına ümid edir
11:37 04.04.2025
İqtisadiyyat
317
Avropa İttifaqının (Aİ) qaz bazarının fundamental əsasları Azərbaycandan da daxil olmaqla davamlı idxal sayəsində sabit qalır.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobilyo Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ-də enerji təhlükəsizliyi bu gün əvvəlki qış dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə dayanıqlı vəziyyətdədir.
"Vəziyyət etibarlı təchizat, xüsusilə strateji tərəfdaşlıqlar çərçivəsində sabitdir. Bu kontekstdə Azərbaycanın töhfəsini, eləcə də qazın anbarlara vurulması üzrə müsbət dinamikanı və tələbatın azaldılması ilə bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm", - K.Lobilyo qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, geosiyasi gərginliyin artması əlavə risklər yaradır ki, onları gözardı etmək olmaz.
"Son üç ildə Aİ Rusiya qazından asılılığı azaltmaq üçün böyük iş görüb. Əgər əvvəllər qazın təxminən 45 %-i Rusiyadan təchiz edilirdisə, bu gün bu pay həm boru kəmərləri, həm də LNG şəklində 13 %-ə qədər azalıb", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
O əlavə edib ki, Aİ etibarlı təchizatçılarla əməkdaşlığı genişləndirərək enerji mənbələrinin aktiv şəkildə diversifikasiyasını davam etdirir. Bununla yanaşı, təşkilat 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq hədəfinə sadiq qalır.
K.Lobilyo keçid dövründə təbii qazın mühüm rol oynayamağa davam edəcəyini vurğulayıb: "Təbii qaz növbəti iki onillikdə sabitliyin və iqtisadi inkişafın əsas elementi olaraq qalır. Cənub Qaz Dəhlizi bu prosesdə strateji yer tutur və biz bu marşrut üzrə təchizat həcmlərinin daha da artacağını gözləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə