Türkiyə futbolunda qalmaqal: Hakimlər mərc oyunlarına pul qoyublar
10:24 27.10.2025
Futbol
398
Türkiyədə futbol hakimlərinin mərc oyunlarına pul qoyuluşu etdikləri bəlli olub.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib.
Onun sözlərinə görə, aktiv hakimliklə məşğul olan 571 nəfərdən 371-nin mərc oyunlarına pul yatırmaq üçün hesablarının olduğu müəyyənləşib. Eyni zamanda, 152 hakimin mərc oyunlarında pul qoyduqları təsdiqlənib.
TFF rəhbəri bildirib ki, dövlət qurumları ilə birgə araşdırmalardan sonra türkiyəli hakimlərin mərc oyunlarında iştirak etdiklərini üzə çıxarıblar. Onun sözlərinə görə, TFF-nin Nizam-İntizam Komitəsi bu gendən etibarən lazımi işlərə başlayacaq və müvafiq cəzaları açıqlayacaq.
İbrahim Hacıosmanoğlu məsələ ilə bağlı FIFA və UEFA-ya da məlumat verdiklərini vurğulayıb. Qaydalarına görə, mərc oyunlarına pul qoyuluşu edən hakimlər 5 ilədək futbol matçlarını idarə etməkdən uzaqlaşdırıla bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi