Hərbi pilotun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırıldı - RƏSMİ


Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında müdafiə naziri ilə görüşüblər.Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən bildirilib.Məlumata görə, görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.