"Kitab dayanacağı" alqışlandı: Amma...

Paytaxt Bakının mərkəzi küçələrində "kitab dayanacaqları" quraşdırılıb. Orada müxtəlif kitablar yerləşdirilib ki, kimisə gözləyən vətəndaşlar zamanının boş keçməməsi üçün o, kitablardan istifadə etsinlər.

Sosial şəbəkələrdə "kitab dayanacağı" müzakirələrə səbəb olub. Əhalinin mütləq əksəriyyəti bunu müsbət qiymətləndirsə də, bəzi şəxslər əhəmiyyətsiz olduğunu deyərək, lağ-lağı edib.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu isə düşünür ki, kitab dayanacaqlarının fəaliyyəti ilə bağlı konkret bir söz demək hələ ki, tezdir. O, Sherg.az-a danışarkən, istənilən halda bu cür dayanacaqların quraşdırılmasının müsbət olduğunu söyləyib:



"Bu, ölkədə ədəbiyyata, kitaba verilən verilən qiymətin təzahürüdür. Lakin vacib məqamlardan biri də "kitab dayanacağı"nın fəaliyyəti, o cümlədən oxuculara təqdim edilən nəşrlərlə bağlıdır. Məsələn hələ ki, “Qanun” Nəşriyyatının çap etdiyi heç bir kitabın nüxsəsi orda yoxdur. Arzu edərdim ki, oxucuların dünya görüşünə müsbət mənada təsir edən, sözün əsl mənasında şedevr əsərlər həmin dayanacaqda olsun. Belə olan halda biz, həqiqəqətən, unikal bir layihəni həyata keçirmiş olarıq". 

Kənan Novruzov