Bakıda İrandan olan tələbə qız ölümlə təhdid edildi

Bakıda iranlı tələbə ölümlə təhdid edilib. 

Oxu.Az xəbər verir ki, 2000-ci il təvəllüdlü Hanifehzadeh Helia Nadir qızı polisə müraciət edərək bildirib ki, onun həyatı təhlükədədir.

Noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu H. Hanifehzadehi ölümlə hədələyib.

Qeyd edək ki, H. Hanifehzadeh İran vətəndaşıdır. O, Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsidir.  

Faktla bağlı araşdırma aparılır.