Putindən Ərdoğana nahar tövsiyəsi: Göz və beyinə çox xeyirlidir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva ziyarətində ağır mövzulara toxunulmadan əvvəl "nahar söhbəti" olub. Rusiya dövlət başçısı Putin illərdir heç dəyişdirmədiyi nahar menyusunu Ərdoğana da tövsiyə edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Putinin vaz keçə bilmədiyi naharı quş üzümü, yulaf və süddən hazırlanır.

Quş üzümünün şəkər xəstəliyinə müsbət təsir etdiyi, göz və beyin sağlamlığı baxımından faydalı olduğu, ürək xəstəliklərindən qoruduğu və təbii bir antidepresyon olduğu kimi izah edilir.

Qeyd edək ki, xaricə edilən bütün səfərlərdə, kritik mövzulara keçilmədən əvvəl ab-havanın yumşadılması üçün maraqlı söhbət açılır. Bu bəzən qalstukun taxılması, bəzən artıq kilolar mövzusu da ola bilər.

Turan