12 milyon insana yoluxan xəstəliyə qarşı peyvəndi tapmışdı ... İllər sonra qapısını döydülər

 "Qışda xəstəlik qayıda bilər,  o vaxta qədər bir peyvənd hazırlamalıyıq"

1964-cü ildə dünyanı bürümüş "qızılca" yoluxucu xəstəliyini məğlub edən peyvəndi tapan həkimin indi 87 yaşı var. O,  hazırda koronavirus peyvəndini inkişaf etdirmək üçün aparılan araşdırmalara dəstək olur.

Dünyadakı 12 milyon  insana yoluxan "qızılca"nın peyvəndini hazırlayan Stanley Plotkin deyib ki, koronavirus pandemiyasından qurtulmaq üçün bir çox  tədbirlər görülməlidir. Peyvənd hazırlamağın  ən qısa müddətdə  vacib olduğunu vurğulayan Plotkin, "Qarşıdakı qışda xəstəlik qayıda bilər, ona görə, o vaxta qədər bir peyvənd hazırlamalıyıq" deyə xəbərdarlıq edir.




Dünyada görünməmiş bir epidemiya 1964-cü ildə planeti  bürüdü. "Rubella" adlanan "qızılca"  epidemiyası ABŞ-ı da vurdu və virus bütün dünyada yayılmış koronavirusdan iki dəfə daha təsirli oldu. "Rubella" təxminən 12 milyon insana ötürülür. ABŞ-da 15 nəfərdən biri virusa yoluxur.

Bu gün pandemiyaya səbəb olan yeni koronavirus kimi, "rubella"nın  əlaməti də  temperatur və öskürək  idi.

 Koronavirus bu gün daha çox yaşlı insanlara təsir göstərsə də, 1964-cü ildə ortaya çıxan "rubella" qadınlarda, xüsusən hamilə qadınlarda daha təsirli idi. Epidemiya hamilə qadınların döllərinə böyük zərər vurdu.

 ABŞ-da epidemiya zamanı doğulan təxminən 20 min körpə korluq, karlıq, ürək və əqli qüsurlarla  dünyaya gəlmişdir. İndiyə qədər bu yeni koronavirusun  döllərə zərər verdiyinə dair heç bir dəlil yoxdur.

O illərdə Pensilvaniya Universitetində Wistar İnstitutunun laboratoriyasında işləyən Doktor Stanley Plotkin dünyada 'rubella' virusuna qarşı istifadə edilən 'rubella' peyvəndi icad etdi. O vaxtdan bəri, digər peyvəndlərin, o cümlədən  poliomielit və quduzluq xəstəliyinin inkişafı və tətbiqi üzərində çox çalışan Doktor Plotkin, uşaq peyvənd proqramının bir hissəsi olan 'rotavirus' peyvəndi də onun adı ilə  bağlıdı.


"Yeni Şafak'ın xəbərinə görə, 87 yaşı olan Plotkine ulaşan  dərman şirkətləri, koronavirusa qarşı bir peyvəndi tapmaq üçün  məsləhət alırlar. 

Kovid-19'un 'rubella' ilə bənzərliyini dəyərləndirən Plotkin, "Kiminsə hərarəti varsa, onunla əlaqə qurmaq lazım deyil" deyir.

Dünyanın lazımi tədbirləri görməklə koronavirusdan qurtula biləcəyini ifadə edən Plotkin, vaksin hazırlamaq səyinin ən qısa müddətdə vacib olduğunu vurğulayıb: "Xəstəlik üzümüzə gələn  qış geri dönə bilər,  o vaxta qədər bir peyvənd hazırlamalıyıq".

Turan