ABŞ nümayəndəsi Qarabağın bərpasının tamamlanma tarixi söylədi

"Qarabağın bərpası üçün ən az 5-10 il vaxt lazımdır".

Sherg.az  xəbər verir ki, bu barədə ARB24-ün “Gündəm” verilişinə açıqlamasında ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndəsi Kristofer Çambers deyib.

O bildirib ki, bəzi yerlər tam dağıdıldığı üçün yenidən infrastruktur qurulmalıdır:

“Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu, çətin proses olsa da, dövlət lazım olan addımları atır. Düşünürəm ki, plan yaxşı qurulub, prioritet olaraq yalnız tərəqqi götürülüb”.