Türkiyədə Azərbaycan əsgərlərinə dağçılıq təlimi verilib - FOTO

Hazırda Türkiyədə olan Azərbaycan əsgərlərinə dağçılıq təlimi keçirilib.

APA bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Twitter hesabında məlumat verilib.

Paylaşımda bildirilir:

“Qəhrəman Azərbaycan ordusuna mənsub olan qardaşlarımıza, İspartadakı Dağ Komando Məktəbi və Təlim Mərkəzində dağçılıq təlimi verilib”.