Mənsimov necə azadlığa buraxılıb? - Şeyxin Ərdoğana məktubu ortaya çıxdı

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı maraqlı fakt üzə çıxıb.

Sherg.az "24News.ge"ya istinadən xəbər verir ki, Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olduğu iddia olunur.

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğandan xahiş edib və ona məktub yazıb:

"Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, - deyə Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. Məlumata görə, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var.

Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

Aşağıda sözügedən məktubu sizə təqdim edirik: