Boşanmaq istəyən 70 cütlük nikahın pozulmasından imtina edib

2021-ci ilin birinci rübündə nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində 140 nəfər (70 cütlük) nikahın pozulmasından imtina edib.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ilin mart ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasının təyin edildiyi 2021-ci ilin aprel ayı ərzində 38 nəfər (19 cütlük) nikahın pozulmasından imtina edib.