SƏRT TƏPKİ: “Qarabağdakı terrorçu rejim məhv edilməlidir”

“Mina məsələsinə münasibətdə bizim rəsmi təbliğatın daha doğru istiqamətdə aparılmasının vacibliyini düşünürəm. Fikrimcə, Azərbaycanın “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” deməsi elə “Ermənistan işğal olunmuş ərazilərimizdən çıxmır” deməsi kimi bir şeydir. Yəni 30 ilə yaxın təkrarlanacaq və nəticəsi olmayacaq bir tələbdir. Necə ki, sonda savaş və diplomatiya yolu ilə düşməni ərazilərdən çıxartmaqdan başqa hansısa bir tələb, beynəlxalq təşkilatlardan hansısa bir gözlənti işə yaramadı”.
Bu fikirləri, millət vəkili Fazil Mustafa Feysbuk səhifəsində qeyd edib.

Deputat mövcud vəziyyətə uyğun maraqlı təkliflərlə çıxış edib və bildirib ki, yerli və yersiz peşəkar sakinlərdən təşkil olunan partizan qruplarının yaranmasına dövlət əngəl yaratmamalıdır:

"44 günlük savaşımız göstərdi ki, adsız qəhrəman olmağa hazır minlərlə oğullarımız var. Bununla belə, dövlət onların göstərəcəyi fəaliyyətin məsuliyyətini də daşımamalıdır.

Bu partizan qrupları istər Qarabağda ermənilərin yaşadığı ərazilərdə, istər də Ermənistan ərazisində kütləvi şəkildə ermənilər üçün məlum üsullarla mina süfrəsi təşkil etməlidirlər.

Ermənistanı və onun himayədarlarını ancaq bu yolla durdurmaq olar. Digər tərəfdən, həmin qruplar ermənilərin ərazimizə soxulan təxribat qruplarını məhv etməklə məşğul olmalıdırlar.

Hər dəfə ermənilər mina partlayışının dadını gördüyündə, bizim onlar kimi sevinməyimizə gərək qalmayacaq. Biz bu kimi fəaliyyətləri rəsmi şəkildə pisləyəcəyik və bu adsız qəhrəmanlar da buna görə dövlətdən qətiyyən inciməyəcəklər.

Bu zaman ruslar da fakt qarşısında qalacaqlar. Ermənistanın cavabdehlik daşımadığı qanunsuz birləşmələr varsa, o halda bizim də cavabdehlik daşımadığımız qanunsuz birləşmələr avtomatik olaraq mövcud olmalıdır. Elə işlər var ki, onu rəsmi hərbi strukturların etməsi arzuolunan deyil".

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn millət vəkilinin təklifi barədə fikirlərini “Sherg.az”la bölüşüb:

“Düşünürəm ki, hazırda atılacaq əsas addım təxribatların mərkəzi olan Xankəndi ətrafında 3200 kvadrat kilometrlik ərazidəki terrorçu rejimin aradan götürülməsidir. Həmçinin Ermənistanın işğalçı qoşunlarındakı bütün qüvvələri ərazilərimizdən çıxarmalıyıq. Hazırda Azərbaycan ərazisində dövlət sərhədlərinin etibarlı qorunması şərti ilə fəaliyyət göstərilir. Daha bu cür təxribatlar demək olar ki, olmayacaq və partizan müharibəsinə də ehtiyac qalmayacaq. Fikrimcə, “partizan qrupları” metaforik bir ifadədir. Dövlət hazırda bu təxribatların mənbəyi olan Qarabağ vilayətindəki terrorçu rejimi məhv etməlidir”.