Dünən Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Ölkə başçısı müsahibəsində Zəngəzurla bağlı mühüm fikirlər səsləndirib. Prezident qeyd edib ki, sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub:
“Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim. Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir.
Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur. Lakin sualınıza cavab verərkən tamaşaçılarınızın diqqətini bir məsələyə cəlb etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik”.
Prezidentin söylədiklərini “Sherg.az”a dəyərləndirən millət vəkili, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, ölkə başçısı müsahibəsində növbəti dəfə humanistlik göstərərək havadarlarının dəstəyinə arxalanıb 200 il ərzində xalqımıza qarşı saysız-hesabsız cinayətlər törətmiş ermənilərə Azərbaycanla və azərbaycanlılarla qonşuluqda, dinc yanaşı yaşamaq yolunu göstərdi:
“Əslində, bunu heç bir xalq, heç bir dövlət və heç bir Prezident eləməzdi. Amma biz elədik və hələ edirik. Halbuki ermənilər 200 il ərzində xalqımıza qarşı etdiyi vandallıqların heç yüzdə birinə görə də bağışlanmağı haqq etmirlər. Bununla belə, ermənilərin Azərbaycana, ümumilikdə türk və müsəlman aləminə nifrəti o dərəcədədir ki, bizim onlara nə dərəcədə güzəşt etdiyimizi anlaya bilmirlər. Yəqin elə güman edirlər ki, maşası olduqları dövlətlər yenə onları “Qoçu Əsgərin kişmiş yeyən keçisi” kimi qoruyacaq. Dərk etmirlər ki, indi Azərbaycan o Azərbaycan deyil, 44 günlük Vətən müharibəsində biz o “keçi”nin qulağını dibindən qoparıb, onu yetərincə bəyirtdik, ona havadarlıq etmək istəyənlər isə hələ də bağıra-bağıra qalıblar.
Cənab Prezident müsahibəsində bir daha bildirdi ki, indiki vəziyyətdə Azərbaycanla əlaqələri normallaşdırmaq üçün Ermənistan daha çox səy göstərməlidir. Çünki bu, bizdən çox onlar üçün vacibdir. Azərbaycan Ermənistansız və ermənilərsiz də böyük inkişaf yolundadır, bu gün onlar Azərbaycanın təbii resurslarına və coğrafi-strateji mövqeyinə möhtacdırlar, biz onların yox.
Cənab Prezident erməniləri uçuruma sürükləyən səbəbi də ortaya qoydu, “qonşularla əlaqələri saxta tarixə əsaslanaraq planlaşdırmaq çox yanlış addımdır”, – dedi. Ermənilərin bütün bədbəxtliklərinin səbəbi məhz buradadır, özlərini inandırdıqları saxta tarix konsepsiyasındadır. Bu bədbəxtlər inanırlar ki, guya dünyanın ilk insanı erməni olub, guya Adəm də, Nuh da erməni olub və Yer kürəsinin bütün qitələrinin əzəli sakinləri ermənilər olublar və guya onları hər yandan sıxışdıra-sıxışdıra gətirib doldurublar kiçik bir əraziyə – indiki Ermənistana. Və inanırlar ki, vaxt gələcək onlar təzədən bütün dünyaya sahib olacaqlar və Yer kürəsində ermənilərdən başqa millət yaşamayacaq. Budur bunların xəstəliyi. Bu xəstəlik erməniləri quduzluq dərəcəsinə çatdırıb, tamam quduzlaşdırıb. Ermənilərin ərazilərimizə, insanlarımıza qarşı törətdikləri vəhşiliklərin başqa izahı yoxdur”.
Deputatın fikrincə, ölkə başçısı erməniləri nə qədər ağıla, insanlığa dəvət etsə də, mümkün olmur, mümkün olacağına güman da yoxdur:
“Ermənilərin quduzluğunun “əlacının” üç yolu var: Ya biz onları gəbərdəcəyik, ya onlar özləri bir-birlərini didib-parçalayacaqlar, ya da hərəsi ağzını bir tərəfə tutub Cənubi Qafqazı tərk yenidən dünyaya səpələnəcəklər. Yalnız bundan sonra Cənubi Qafqaz öz əzəli və əbədi əmin-amanlığına qovuşacaq və o gün o qədər də uzaqda deyil”.
Yeganə Bayramova