Əfqanıstanda İŞİD silahlıları 4 "talib"i öldürüb

Əfqanıstanın Pərvan əyalətində İŞİD silahlılarının hücumu nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Belə ki, İŞİD silahlıları Pərvan əyalətinin Çarıkar bölgəsində baş verən partlayışdan sonra silahlı hücum həyata keçirib.
Hücum nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb, daha 2-i isə yaralanıb.