Olimpiya çempionumuzun qardaşı dünyasını dəyişdi


Sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev və yığmamızın məşqçisi Arif Abdullayevə ağır itki üz verib.

Oxu.Az xəbər verir ki, onların qardaşı Xaləddin Abdullayev dünyasını dəyişib.

Qeyd edək ki, Namiq Abdullayev Olimpiya çempionudur. O həm də Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidentidir. Arif Abdullayev isə 2003-cü ildə dünya çempionu olub.