Ədliyyə Nazirliyi: "Amnistiya Aktı 70-ə yaxın qadın məhkuma şamil olunacaq"

Ədliyyə Nazirliyi: Amnistiya Aktı 70-ə yaxın qadın məhkuma şamil olunacaqMalik Ələkbərov
Amnistiya Aktının neçə qadına şamil olunacağı açıqlanıb.

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov 8 noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktı 70-ə yaxın qadın məhkuma şamil olunacaq: "Onların bir hissəsi azadlığa çıxacaq, qalanlarının isə cəzası 6 ay azaldılacaq".