Rusiya Prezidenti və Ermənistan Baş naziri üçtərəfli razılaşmaların reallaşdırılmasını müzakirə ediblər


Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında həftə ərzində ikinci dəfə telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyət və vəziyyətin stabilləşməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan razılaşmaların reallaşması istiqamətində görülən tədbirlərin müzakirəsi davam etdirilib. N. Paşinyan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.