Koutinyo razılıq verdi  - "Nyukasl"a keçəcək

"Barselona"nın ulduz futbolçusu Felipe Koutinyo komandadan ayrılacaq.

Sherg.az Offsideplus.az-a istinadən xəbər verir ki, 29 yaşlı forvard "Nyukasl"a keçəcək.

Daha əvvəl bu transferə müsbət yanaşmayan oyunçu, artıq bu istəyini klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, Koutinyo 2018-ci ildə 135 milyon avroya "Liverpul"dan Kataloniya klubuna keçib.