Prezidentdən yeni TƏYİNATLAR


Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Mariana Vasileva bədii gimnastika üzrə millimizin baş məşqçisidir.

Xatırladaq ki, bu təyinatlara qədər İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifələrində çalışırdılar.