ABŞ və Avropa Ukraynaya görə hərəkətə keçdi

ABŞ və Avropa Ukrayna ətrafındakı vəziyyətə görə miqrant böhranına hazırlaşır.

Sherg.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Nəşrin məlumatına görə, məsələ ABŞ rəhbərliyinin geniş tərkibdə görüşləri zamanı müzakirə edilib. Amerika prezidenti administrasiyasının nümayəndələri bildiriblər ki, Ukraynaya əhəmiyyətli dərəcədə hərbi yardım göndərilməsi ölkəyə müdaxilə üçün bəhanə kimi istifadə oluna bilər.

Avropalı müttəfiqlər də ukraynalıların Avropaya qaçacağını irəli sürərək “mənzil və miqrant axını”nı müzakirə edirlər.