Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edildi


Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Azərbaycan vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 23 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

R.Mustafayev 24 avqust 2021-ci il tarixdə Rusiyada müəyyən edilərək saxlanılıb.

9 fevral 2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə R.Mustafayev Rusiyadan Azərbaycana gətirilib.