Baydenin məktubu: ABŞ Cənubi Qafqazda Azərbaycanla yaxınlaşmaq xəttini tutur


"ABŞ Prezidenti Co Bayden Azərbaycanın Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikin mətnini sələflərinin standartından kənara çıxardı".

Bu sözləri "Sherg.az"a bildirib ki, siyasi şərhçi Aqşin Kərimov deyib. 

Analitik bildirib ki, ABŞ Cənubi Qafqazda Azərbaycanla yaxınlaşmaq xəttini tutur: 

"Azərbaycan müstəqilliyinin qorunmasını Rusiya-Ukrayna müharibəsi kontekstində dəyərləndirilməsi isə regionun perspektivini həssaslaşdıracaq. Azərbaycan isə tərəzinin gözünü tamamilə Ağ Ev istiqamətinə əyməyəcək. İndiki şəraitdə ən uğurlu strateji davranış balanslı siyasəti qoruyub saxlamaqdır".