Paris merinin  Qarabağa girişinin qarşısı alınmalıdır - Politoloq

“Paris meri Xankəndinə  gələrsə, Laçın yolunda həbs edilməlidir”.

Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, Paris meri Ann Hidalqo Ermənistana səfərə gəlib: 

“Xanım Ann Hidalqo Qarabağda separatçıların “müstəqilliyini” tanımaq istəyir. O, Laçın dəhlizindən keçərək Xankəndinə gələ bilər. Hər halda İrəvan gəlməsində erməni lobbisinin rolu var. Onun Azərbaycan əleyhinə xüsusilə iki ölkə arasında normallaşma prosesinə zərbə vuran açıqlamaları olacaq. Paris merinin Ermənistan səfərinə diqqət edilməli və onun Qarabağa girişinin qarşısı alınmalıdır. Bu ermenilərin növbəti provakasiyasıdır və qarşısı alınmasa növbəti səfərlər təşkil edəcəklər. Merin Xankəndinə gəlib, Azərbaycan əleyhinə mövqelər ortaya qoyması bizim üçün qəbuledilməzdir. Paris meri Xankəndinə gələrsə, Laçın dəhlizində Azərbaycan təhlükəsizlik orqanları onu həbs etməlidir. Ümumiyyətlə, yeni Laçın yolu istifadəyə veriləndən sonra ermenilərin bu oyunlarına da son veriləcək. Təbii ki, həmin yeni yolda Azərbaycanın sərhəd postu olduqdan sonra”.