Polovnik: “Texnofest” Azərbaycan və Türkiyənin qardaşlığının nə qədər güclü olduğunu göstərir

“Texnofest” festivalı türk dünyasının hərbi qüdrətinin təcəssümüdür”.

Bunu “Sherg.az”a açıqlamasında Mühariə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.




















Polovnik qeyd edib ki, “Texnofest” hər şeydən öncə türk dünyasının hərbiq üdrətini nümayiş etdirir: 

“Texnofest” festivalı ilk növbədə Azərbaycan və Türkiyənin, bu dövlətlərin timsalında bütün türk dünyasının hərbi qüdrətini əks etdirir. Festival çərçivəsində Azərbaycan və türk pilotlarının sərgilədiyi məharət, müasir aviasiya vasitələrinin nümayişi, bütün dünya miqyasında ən son texniki yeniliklərdən hesab edilən müasir dronların təqdim edilməsi hər iki dövlətin hərbi sənayesinin dinamik və sürətli inkişafını göstərməkdədir. Bu festival bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyənin hərbi sənayesi yüksələn xətt üzrə inkişaf etməkdədir. Həmçinin, əldə etdiyi uğur və müvəffəqiyyətlərlə bütün dünyanı heyrətləndirməkdədir. Festivalda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan yeni taktiki döyüş uçuş simulyatoru olan "Dəmir yumruq" təqdim edildi. Bu faktın özü milli hərbi sənayemizdəki inkişafdan, onun əldə etdiyi tarixi uğurlardan xəbər verir. Bu baxımdan “Texnofest” festivalı haqlı olaraq hər bir Azərbaycan vətəndaşında, hər bir türk insanında qürur və iftixar hissi doğurur”.

Polkovnik qeyd edib ki, “Texnofest” mənəvi baxımdan da mühüm əhəmiyyətə malikdir:

“Təbii ki, Bakıda keçirilən bu mühüm festifal mənəvi baxımdan da böyük əhəmiyyət kəsb edir. Çünki bu festival həm də Azərbaycan və Türkiyənin qardaşlığının nə qədər möhkəm, nə qədər güclü olduğunu göstərir. Bu festival göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı həqiqətən də əzəli və əbədidir və heç bir qüvvə bu qardaşlığı poza, ona xələl gətirə bilməz. “Texnofest” festivalı ilə bütün dünya bir daha anladı ki, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan və Türkiyə bir-brilərinin yanında olacaq, dar məqamda bütün imkanları ilə bir-birlərinə dəstək verəcəklər”.

Cəlil Xəlilov bildirib ki, festivala olan marağın böyüklüyü Azərbaycan-Türkiyə əməkdaşlığının, dostluq və qardaşlığının dərin mənəvi köklərə sahib olduğunu göstərir:

“Şahid olduğunuz kimi, “Texnofest” festivalına maraq həddindən artıq böyükdür. Festivala olan bu maraq Azərbaycan-Türkiyə əməkdaşlığına, tarixi dostluğuna olan sevginin həm Azərbaycan, həm də Türkiyə xalqını qəlbində necə dərin kök saldığını əks etdirir. Əminəm ki, qarşıdakı illərdə biz həm Azərbaycan, həm də Türkiyədə  oxşar mahiyyətli festivalların keçirilməsinə şahid olacaq, bu qürur hissini təkrar-təkrar yaşayacağıq”.