“Bakı Forumunda Azərbaycan tərəfdaşlığa yönəlmiş strategiyasını izah edib”


İyunun 16-da işə başlamış "Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu  Şuşa Şəhərində yekunlaşıb. Qey edək ki, Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayıb.
Forumun iştirakçıları Şuşada panel müzakirələri aparıblar.Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Xatırladaq ki , forum zamanı çox saylı mövzular müzakirə edilib və hələ də sosial mediada bu formun bizə nə dəyişikliklər gətirəcəyi sualı dolaşır.

Forumun əhəmiyyətini yüksək dəyərləndirən millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, bu kimi görüşlər o zaman, həyata keçirilir ki, dünyada çox ciddi qlobal problemlər mövcud olur.

Deputatın sözlərinə görə, Forumda əsasən pademiyadan sonra və müharibə zamanı beynəlxalq təşkilatların özlərinə düşənləri bacarmadığı mövzusu müzakirə olunub:

"Ölkəmizin əsas məqsədi bölgədə sülh,stabillik mühiti yaratmaqdır. Forum zamanı Azərbaycan tərəfdaşlığa və əməkdaşlığa yönəlmiş strategiyasını izah edib Azərbaycanın həyata keçirdiyi strateji enerji ,nəqliyyat layihələri bunun üçün münbit şərait yaradır.Qarşılıqlı maraqlar əsasında iqtisadiyyat və ticarətin inkişafına dair etdiyimiz təkliflər forum iştirakçıları tərəfindən müsbət qarşılanıb. Xatırladım ki,pademiya dönəmində  Azərbaycan BMT-nin Qoşulmama hərakatının rəhbəri kimi çətin vəziyyətdə olan ölkələrə kömək etdi. Bu əhval -ruhiyyə Bakı Formunda da əsas götürülüb."