"Bu müqəddəs Qurban bayramında Azərbaycan Türk Ocağı heyəti Şəkidədir".

"Sherg.az" xəbər verir ki, bu barədə təşkilatın başqanı, "Şərq" Media Qrupunun rəhbəri, tarixçi-alim Akif Aşırlı məlumat verib. Təşkilat rəhbəri qeyd edib ki, Türk Ocaqları Mərkəzi Qərargahının vəkalətinə uyğun olaraq qurbanlar kəsilərək Şəhid və Qazi ailələrinə, ehtiyacı olanlara paylanıldı:

"70 ailə üçün nəzərdə tutulan bu müqəddəs işimiz tamamlanmaq üzrədir. Şəkinin mərkəzində və bir neçə kəndində Şəhid ailələri , Qazilərlə görüşdük.

Bayramlaşdıq.Həqiqətən də Azərbaycanın bütün bölgələri kimi Şəkinin də özəlliyi var, tək elm, ürfan ocağı deyil, qəhrəmanlar yurdudur".
