BMT TŞ Azərbaycan və Ermənistan arasında tezliklə atəşkəs əldə edilməsinə çağırış edib


BMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

Rusiyalı diplomat qeyd edib ki, məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib.

“Hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu söylədi”, - deyə Nebenzya bildirib.