Akif Aşırlı:"Şəmkirlilər rayonda Əhməd Cavadın ev muzeyinin yaradılması təşəbbüsünü qaldırdılar, bu istəkdə israrlı görünürlər"
"Azərbaycan Türk Ocağı Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməyi ilə İstiqlal şairi , Turan aşiqi Əhməd Cavadın 130 illik yubley tədbirlərini Şəmkirdən başladı".
Bu barədə "Sherg.az"a "Azərbaycan Türk Ocağı"nın başqanı, "Şərq" qəzetinin baş redaktoru, tarix elmi fəlsəfə doktoru Akif Aşırlı bildirib. Baş yazar qeyd edib ki, rayon ziyalıları , fəalları ilə maraqlı görüşləri baş tutub:
"Şəmkirlilər rayonda Əhməd Cavadın ev muzeyinin yaradılması təşəbbüsünü qaldırdılar, bu istəkdə israrlı görünürlər.
Əsasən gənclər bu məsələni qabardır, böyük həmyerlilərinin haqqını istəyirlər. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, Gəncə Dövlət universitetinin tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə maraqlı cıxışlar etdilər.
Diskussiya şəraitində keçirilən görüş yaddaqalan oldu. Növbəti görüşümüz sabah saat 14: 00 - da Gəncə Dövlət universitetinin akt zalında baş tutacaq".