"Münhen Təhlükəsizlik Konfransı: Münaqişədən sonra ilk dəfədir ki, ABŞ tərəfinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirildi. Elementar məntiq: Prosesdə ABŞ önə çıxmaq istəyir. Bunun üçün Gürcüstan önə verilir.
Ona görə də, Rusiya Gürcüstan üzərindən yeni oyun qura bilər".
Sherg.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov bildirib. Onun sözlərinə görə Gürcüstanın cəzalanması və ya ona bərabər olacaq həmlələr Azərbaycan və Türkiyənin strateji maraqlarına ziddir:
"Bu mənada Azərbaycanla Türkiyə Rusiya ilə danışıqların ruhunu Gürcüstanın da müdafiəsi üzərində quracaq.
Bu təhlükəsizlik konfransı sülh üçün güc tətbiqi məqsədlərini kənara atmır.
Əliyevin sərhəddə postların quraşdırılması təklifi isə hələ Azərbaycanın maksimalist məqsədlərindən əl çəkdiyini göstərmir.
Sadəcə gedişatlara təsir etmək və daha uzunmüddətli perspektiv üçün bu cür manevr lazımdır.
Gəlinən nəticə: Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlardakı fərqlilik regionu həssaslaşdırır".