“Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib”.
"Report" xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
O, səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib: “Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”.