AŞPA-nın həmməruzəçisi: Ağdamdakı vəziyyət bizi heyrətləndirdi

Biz Ağdamda Qarabağ müharibəsinin nəticələrini gözlərimizlə gördük. Buradakı vəziyyət bizi çox heyrətləndirdi. Mənim üçün bunları görmək dəhşətlidir.

Bunu AZƏRTAC-a müsahibəsində işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmiş AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Liz Kristofersen deyib.

“Şəhəri tamamilə dağıntılar içində görmək, məzarlıqda məzarların boş olduğunu, insanların geri qayıdaraq öz gənc qohumlarının xatirəsini yad etdiyini görmək çox təsiredicidir. Bütün bunları gördükdə müharibənin həll yolu olmadığını açıq-aydın görürsən. Ümid edirəm ki, şəhər yenidən bərpa olunacaq və burada yaşayan insanlar geri dönəcəklər. Burada aparılan tikinti və quruculuq işləri gələcəkdə Ağdama köçərək insanların yaxşı yaşamaları üçündür”, – deyə AŞPA-nın həmməruzəçisi bildirib.