"Bəzi ölkələr qapı-qapı gəzib pul istəyir"

“Bu gün qapı-qapı gəzib pul istəyən, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının qarşısında növbə gözləyən ölkələr var".

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda düzgün həyata keçirilən iqtisadi, kadr və struktur islahatları nəticəsində ölkənin gəlirləri artır: “Bu gəlirlər xalqımızın mənafeyinə sərf olunur”.