“Ermənistan tərəfi 2020-ci ildə imzaladığı kaputilyasiya ilə üzərinə götürdüyü bir neçə öhdəlikləri yerinə yetirməyib və öz silahlı hərbi və yarımhərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmayıb".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsinə yardım etməsindən danışarkən deyib.
O vurğulayıb ki, Azərbaycan ərazilərində mövcud olan erməni silahlıları hazırda kontingentin müşayiəti altında təchizatla təmin olunur:
"Ermənistandan daşınmaların qarşısı Laçın sərhəd buraxılış məntəqəsinin qurulması ilə məhdudlaşdırılsa da, hazırda Xankəndində Azərbaycana qarşı inşa edilmiş mövqelərə silah təminatı davam edir. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə və bu fəaliyyətlərin sübutlarını ortaya qoymasına baxmayaraq Rusiya kontingenti üzərinə düşən öhdəliyi təmin etmir. Əksinə qanunsuz birləşmələrin Qarabağda mövcud olması üçün şərait yaradır. Rusiya tərəfinin erməni silahlılarına kömək etməkdəki əsas məqsədi isə özlərinin Azərbaycan ərazisində mövcudluğunu daha uzun müddət qalmasıdır. Təbii ki, bu fəaliyyətlərin heç biri dövlətimizin maraqlarına uyğun deyil. Rəsmi Bakı belə halların qarşısının alınması üçün növbəti qisas əməliyyatını həyata keçirməyə məcbur qala bilər. Düşünürəm ki, əvvəl olduğu kimi bu dəfə də keçiriləcək əməliyyat erməni tərəfi üçün kifayət qədər ağrılı nəticələr vəd edir".
Qeyd edək ki, Trend.az Rusiya sülhməramlılarının qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini davam etdirdiyi ilə bağlı məlumat yayıb.
Həmçinin bununla bağlı görüntülər yayılıb. Videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli yolu ilə RSQ müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşımaları aydın görünür: