Böyrək çatışmazlığından əziyyət çəkən filosof, professor Niyazi Mehdi hemodializ müalicəsi alır. Hemodializin son mərhələsində olan N. Mehdi bu yaxınlarda yıxılaraq omba sümüyünü sındırıb.
Lakin əməliyyata aparılarkən məlum olub ki, ürəyində də ciddi problem var.
Əməliyyatdan imtina edən həkimlər ona ürəyinin cəmi 20 faizinin işlədiyini bildiriblər.
Müayinələr zamanı məlum olub ki, bütün bunlarla bərabər başqa bir neçə xəstəlikdən də əziyyət çəkir.
"Sherg.az" olaraq, professor ilə əlaqə saxladıq.
"Çox sağ olun, indi yaxşıyam. Yıxılmışdım, müəyyən problem var idi. Müalicəmi davam etdirirəm, övladlarım və ailəm dəstək olur"-, deyə o bildirdi.