Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərib. Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün humanitar yük Ağdam-Xankəndi yolu üzərində 9 gündür gözləmədədir.
Məsələ ilə bağlı "Sherg.az" Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə ilə əlaqə saxlayıb.
O bildirib ki, 40 ton un məmulatları ilə bağlı vəziyyət olduğu kimi qalmaqdadır:
"Qarşı tərəfdən heç bir xəbər yoxdur. Biz gözləmə mövqeyindəyik. Ərzaq yardımı nə qədər gözləmə müddətində olsa da, xarab olma ehtimalı mümkün deyil. Unla dolu yük maşınlarının sistemi elə quraşdırılıb ki, içərisindəki mallar keyfiyyətli qalsın".